Xəbər lenti

Azərbaycan əhalisinin banklarda nə qədər əmanəti var?
Ekonomiks 21:17 16.10.2018

Azərbaycan əhalisinin banklarda nə qədər əmanəti var?

2018-ci il sentyabr ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artaraq 8 milyard 020,8 milyon manat təşkil edib.

Trend-in məlumatına görə, əmanətlərin 63 faizi xarici, 37 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 1,5 dəfə, xarici valyutada əmanətlər isə 1,5 faiz artıb.

2018-ci il sentyabr ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 306,5 milyon manat təşkil edib.

Ümumi kredit portfelinin 9873,4 milyon manatı və ya 80,2 faizi uzunmüddətli kreditlərin payına düşüb.

Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1772,4 milyon manat olub və ümumi kredit portfelinin 14,4 faizini təşkil edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->