Xəbər lenti

Ölkə 18:58 06.08.2017

Azərbaycan gəmisi Xəzərdə hədəfləri vurdu (FOTO/VİDEO)

“Dəniz kuboku-2017” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin heyətləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Qaynarinfo"ya verilən məlumata görə, müsabiqənin şərtlərinə görə döyüş atışları 3,5 kilometr məsafədən icra olunub və tapşırıqların yerinə yetirilməsi faktı beynəlxalq hakimlər briqadası tərəfindən təsdiq edilib.

Tapşırığın icrasına görə, yekun nəticə atışlar zamanı dəniz poliqonunda müəyyən edilmiş məsafəni qət edərkən hər bir gəminin sürəti nəzərə alınmaqla bazar ertəsi hakimlər tərəfindən müəyyən ediləcək.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?