Azərbaycan gimnastı Dərya Farşbafşəhriyari Gənclər arasında III Olimpiya oyunlarına vəsiqə qazanıb. Yarışlar 6-18 oktyabrda Buenos-Ayresdə keçiriləcək.
Trend-in "Vestnik Kavkaza”ya istinadla verdiyi məlumata görə, kvalifikasiya yarışları Rusiyada bədii gimnasrika üzrə "Qran-pri Moskva” turniri çərçivəsində keçirilib.
Yarışlarda Avropanınb müxtəlif lkələrini təmsil edən 50-dən çox idmançı iştirak edib.
Dərya Farşbafşəhriyari 14-cü yeri tutaraq gənclər arasında Olimpiadaya vəsiqə qazanıb.
Azərbaycanı turnirdə həmçinin Yelizaveta Luza təmsil edib.
Şərhlər