Xəbər lenti

Azərbaycan güləşçisi finalda Balayanla üz-üzə
İdman 22:33 30.04.2021

Azərbaycan güləşçisi finalda Balayanla üz-üzə

Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri start götürüb.

Qaynarinfo xəbər verir ki, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.

Murad Haqverdiyev (57 kq) iki Rusiya güləşçisinə qalib gələrək 1/4 finala yüksəlib. Ancaq yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub.

Mübarizəyə 1/4 finaldan qoşulan Sabir Cəfərov (65 kq) iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb. Onun finaldakı rəqibi Daniel Xarçilava olacaq.

Cəbrayıl Hacıyev (70 kq) ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan Hacıyev finala vəsiqə qazanıb. Onun finaldakı rəqibi Rusiyanın erməni əsilli güləşçisi Arsen Balayan olacaq.

Qeyd edək ki, final qarşılaşmaları sabah keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->