Video 09:56 22.07.2019

“Azərbaycan gözəli” ölümdən döndü: 20 dəqiqə suyun dibində qalıb (VİDEO)

"Azərbaycan gözəli - 2019”un qalibi Melissa Nuriyeva dənizdə boğulub.

Bu barədə Lent.az-a modelin özü məlumat verib. O, bildirib ki, möcüzə nəticəsində sağ qalıb: 

"Dənizdə boğulurdum. Allah məni ölümün əlindən aldı. Birdən-birə çökəyə düşdüm, boğuldum. Hadisənin necə olduğunu hələ də tam xatırlamıram. Təxminən 20 dəqiqəyə qədər suyun dibində qalmışam. Qalxa bilmirdim. Həkimlər gəldi, onların sayəsində özümə gəldim. Bu hadisədən sonra dənizə getməyə qorxuram. Daha dənizə getməməyi özümə söz vermişəm. Allah yaşamağa mənə 2-ci dəfə şans verdi”.