Azərbaycan hərbi helikopteri Türkiyədə təcili eniş etdi (VİDEO)

Azərbaycan hərbi helikopteri Türkiyədə təcili eniş etdi (VİDEO)

Azərbaycan Hərbi hava Qüvvələrinə məxsus Mİ-17 tipli helikopter bu gün Bakı vaxtilə saat 20:00 radlərində Türkiyənin Giresun rayonunun Tirebolu ilçəsi ərazisində təcili eniş edib.

Bu barədə "Haber Global” məlumat yayıb.

Məlumatda hərbi helikopterin Yalıköy kəndi yaxınlığındakı dəniz sahilinə endiyi bildirlib.

Helikopterin Amasyadakı "Merzifon” Hərbi Hava Qüvvələri bazasına getdiyi qeyd olunub.

İlkin məlumata əsasən, Mİ-17-nin təcili enişinə mühərrikində yaranan problemlər səbəb olub. Hadisə nəticəsində heç kimin xəsarət almadığı bildirilib.
 


X
XƏBƏRLƏR
BLOGLAR