Azərbaycan hərbi xərclərini kəskin artırdı:

Azərbaycan hərbi xərclərini kəskin artırdı: "Müharibəyə hazır olmalıyıq"

2020-ci il üçün Azərbaycan Respublikasın müdafiə və milli təhlükəsizlik xərclərinə 3 milyad 853 milyon 600 min manat vəsait nəzərdə tutulub. Gələn il üçün proqnozlaşdırılan müdafiə xərcləri 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur.

Bəs görəsən hərbi müdafiə xərclərinin artması ölkədə müharibənin başlamasına zəmin yaradacaqmı?

Məsələ ilə bağlı  Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Modern.az-a açıqlamasında bildirib:

"Nə qədər ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, hər zaman müharibənin başlaması məsələsi gündəmdə qalacaqdır. Düşünmürəm ki, bu dəfəki büdcə artımı Azərbaycanın müharibəyə başlayacağına bir işarə olsun. Çünki hər zaman Azərbaycan büdcəsində dinamik olaraq, hərbi xərclər artır.Ordunun texniki təchizatı və  kadr resursları yaxşılaşdırılır. İşğalda olan bir ölkənin hərbi xərclərini artırması təbii bir hal hesab etmək olar. Ancaq hazırkı vəziyyətdə xüsusi bir məna axtarmaq da düzgün deyil. Biz bilirik ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları siyahısındadı və öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bunu dost və düşmən də çox yaxşı bilir”.

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə hərbi xərclərin artırılmasını sosial təyinatlı xərclər olduğunu qeyd edib:

"Azərbaycan müharibə şəraitindədir, hər zaman da müharibəyə hazırdır. Öz torpaqlarını azad etməkdən ötrü, ərazi bütövlüyünün bərpası  üçün , gündəlik döyüş hazırlığını yüksəldir. Bütün bu hazırlıqlar bir istiqamətə yönəlir ki, müharibə ilə də olsa öz torpaqlarını geri qaytarsın. O ki, qaldı büdcənin artırılmasına, mən deməzdim ki,  bu dəqiqə müharibəyə hazırlaşır. Azərbaycan 50 ən güclü silahlı qüvvələr olan dövlətlərin içərisində özünəməxsus yer tutub. Ölkənin hazırda güclü ordusu və texnikası var. Biz bunları  keçirilən təlimlərdə də görürük. Yəqin ki, hansısa bir sazişlər var ki, daha müasir silahların alınmasına təlabatın olduğuna zəmin yaradır. Hərbi xərclərin də kifayət qədər artması bu zərurətdən yaranır ”.

Hərbi ekspert bu xərclərin artırılması, döyüş hazırlığını yüksəltmək üçün bir təkan rolunu oynadığını düşünür:

"Kadr potensialı hazırlığını daha da keyfiyyətli etmək üçün nəzərdə tutulub. Köhnə silahlar yenilənir və müasir silahların alınması isə müəyyən xərc tələb edir. Hər hansı bir dövlətin hərbi xərcləri artırsa, bu onun iqtisadi potensialının artmasının göstəricisidir. Çünki dövlətin iqtisadi potensialı artırsa, öz silahlı qüvvələrinin büdcəsini artırmağa imkan verir. Ancaq bu ona əsas vermir ki, sabah müharibə olacaq. Öz ordusunu və texnikasını yeniləməlidir ki, müharibə də olanda qələbə qazana bilsin”.

 
XƏBƏRLƏR
BLOGLAR