Siyasət 17:44 18.09.2021

Azərbaycan HHQ-nin nümayəndələri “Texnofest-2021” festivalında iştirak edəcək

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup heyəti və aviasiya vasitələri "Texnofest-2021” festivalında iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
 
Sentyabrın 21-də Türkiyə Respublikasının İstanbul şəhərində başlayacaq festivalda Azərbaycan tərəfindən HHQ-nin 2 ədəd MiQ-29 qırıcı təyyarəsinin nümunəvi uçuşları planlaşdırılır.

Qeyd edək ki, festival sentyabrın 26-dək davam edəcək.