Siyasət 14:02 25.07.2013

Azərbaycan hökuməti Avropa Məhkəməsinə rəsmi cavab verdi

Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin REAL hərəkatının rəhbəri İlqar Məmmədovun həbsi ilə bağlı şikayətinə cavab verib.

Bu barədə Modern.az saytına İlqar Məmmədovun vəkili Fuad Ağayev məlumat verib. Vəkil bildirib ki, Azərbaycan hökumətinin cavabı 11 gün ləngiyəndən sonra verilib.

“Axır ki, Azərbaycan hökumətindən cavab aldıq. Əslində cavab 11 gün gecikdi. İndi hökumətin mülahizələrini cavablandırırıq” deyə Fuad Ağayev bildirib.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsi İ.Məmmədovu İsmayıllı hadisələrində təqsirli bilərək barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. İ.Məmmədovun həbs müddəti bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunur.

REAL hərəkatının rəhbəri İlqar Məmmədov Azərbaycan hökumətindən həbsi ilə bağlı şikayətə cavab verilməsini gözləyirdi.

Qaynar.info