Ölkə 18:09 25.11.2021

Azərbaycan ingilis dili səviyyəsinə görə dünyada neçənci yerdədir? (SİYAHI)

Müxtəlif ölkələrin əhalisi arasında ingilis dili səviyyəsini qiymətləndirən "EF English Proficiency Index” reytinqində Azərbaycan 86-cı yeri tutub.
 
112 ölkədən ibarət sıralamada ilk 3-lüyü Niderland, Avstriya və Danimarka tutub. Sıralamanın ən aşağı pillələrində isə Cənubi Sudan və Yəmən yer alıb.

Qeyd edək ki, sözügedən sıralamada Türkiyə 70-ci, Ermənistan 59-cu, İran 58-ci, Rusiya 51-ci, Gürcüstan isə 50-ci yerdədir./Yeniavaz.com