Azərbaycan İsrail istehsalı olan yeni nəsil avtomatik minaatanlarla maraqlanır.
"Qaynarinfo" xəbər verir ki, bu barədə “AzeriDefence”yə Polşada keçirilən MSPO-2017 sərgisində bildirilib.
“Elbit Systems” şirkətinin istehsalı olan 120 mm-lik “Spear Mk 2” avtomatik minaatanının ilk nümunələri Azərbaycana çatdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin (DSX) istifadəsindəki BTR-70 zirehli maşının üzərində qurulmuş həmin minaatan avqust ayında prezident İlham Əliyevə nümayiş etdirilib.
Minaatanın “SandCat” zirehli maşını üzərində qurulmuş versiyası isə 2016-cı ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2016 beynəlxalq müdafiə sərgisində də nümayiş etdirilib.
“Bu minaatanlar tam olaraq avtomatlaşdırılıb. Özünü avtomat doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. “Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir”, deyə mütəxəssislər bildiriblər.
İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan “Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir.
Qaynarinfo.Az
Şərhlər