İdman 12:35 10.09.2019

Azərbaycan - İsveçrə oyunu Sumqayıtda keçiriləcək

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan – İsveçrə oyununun yeri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, oktyabrın 15-də baş tutacaq matç Sumqayıtda keçiriləcək.

Qarşılaşma "Kapital Bank Arena” stadionunda oynanılacaq.

Qeyd edək ki, ilk ev oyununu "Dalğa Arena”da keçirən milli bu gün ikinci matçına da eyni arenada çıxacaq.