Xəbər lenti

Ekonomiks 11:39 29.09.2023

"Azərbaycan kişiləri arvadlarının təxribatlarına getməsinlər" - Əkrəm Həsənov

"Azərbaycan kişilərinə tövsiyyə edərdim ki, arvadlarının təxribatlarına getməsinlər, sabah onların pulu olmasa, vəziyyət daha da pis olacaq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Əkrəm Həsənov Azərbaycanda pul qazanıb, amma onu yığa bilməməyin səbəblərindən danışarkən deyib. 

Əkrəm Həsənovun fikirincə, bu gün Azərbaycanda pul qazanan ailələr çoxdur, sadəcə xərcləmək məsələsində ətrafa baxırlar: 

"Daha yaşlı nəslin nümayəndələri nisbətən qənaətcildir. Çünki onlar SSRİ-in qıtlığını görüb, həmişə sabahı düşünüblər, qara günü gördükləri üçün artıq xərclərə yol vermirlər. Məsələn, mən öz uşaqlığımı xatırlayıram, kafe və restoranda oturmaq nə demək idi? İldə bir dəfə oturardıq ya yox, o da yol üstü, hamı evində çörək yeyərdi. O vaxt insanlar buna artıq xərc kimi baxardı. Yaxud da mağazadan çoxlu ərzaqlar almaq yox idi. Bizə lazım olanı alardıq. Hamı büdcəsinə qənaət edirdi, pulu ancaq  əsas ərzaqlara xərcləyirdik. Bu aydan o aya pul qalırdı. İndi vəziyyət dəyişib”. 
 


Əkrəm Həsənov buna səbəb Azərbaycanın 2005-ci ildən 2015-ci ilə kimi iqtisadiyyatın pik nöqtəsində olmasını göstərib:
 
"İqtisadiyyat xeyli inkişaf edib. Niyə? Neft pulları gəldi və onun hesabına ölkədə xeyli iş yerləri açıldı. Hamı da oradan qazandı. Başladılar bir-birinə baxmağa, filankəs restoranlara gedir, mən də getməliyəm, filankəs xaricə gəzməyə  gedirlər mən də getməliyəm, filankəs hər il telefon  dəyişir, mən də dəyişməliyəm, filankəs villa alıb, mən də almalıyam. Telekanallarda reklamları gedən hər avadanlıqdan almalıyam, o geyinir, mən də geyinməliyəm və s. İnsanlar beləcə bir-birinə baxır və pul xərcləyir, "qonşudan qalma geri” deyərək yaşamaq səviyyəsi formalaşır. Özü də alıb yediklərinin çoxu da ziyanlı şeylərdir. Bu bizim həyat tərzimizdir, deməli belə də yaşamalıyıq”. 

Əkrəm Həsənov 2015-ci ildən sonra ölkədə iqtisadiyyatında vəziyyətin pisə doğru getdiyini qeyd edib:

"İnsanların gəlirləri əvvəlki kimi deyil, qiymətlər artır, amma onlar həyat tərzini dəyişə bilmir.  Öyrəşmişik, bu həyat tərzini dəyişmək çox çətindir. İndiki nəsil qıtlıq dövrünü görməyib. Buna görə pul yığa da bilmirlər. Kişilərin bu məsələdə vəziyyəti daha da çətinidr. Evlərdə əsasən pul qazanan kişilərdir. Onlar da pulu çox əziyyətlə qazanır. Evdə arvadın sözündən də keçə bilmir. Bütün günü evdə "filankəs aldı-geydi-yedi mən də etməliyəm” deyə kişiyə ciddi psixoloji təsir edirlər. Mən danışanda bəzilərinin xoşuna gəlmir, amma bu faktdır, kişilər ailədə iqtidarı əldən veriblər. Məcburən arvad-uşağın sözünə tabe olurlar. Arvad-uşaq da kimdir? İqtisadi resursların istehlakçılarıdır. Deyirlər elə "gətir və al” və artıq kişinin sözü də keçmir. Bu səbəbdən də geri çəkilir, üstəlik çəkinir, hardasa utanır, amma mən Azərbaycan kişilərinə tövsiyyə edərdim ki, arvadlarının təxribatlarına getməsinlər, sabah onların pulu olmasa vəziyyət daha da pis olacaq. Hər bir ailədə yaxşı gün olduğu kimi pis gündə ola bilər. Pul da yoxdur, get banka borclan, kredit götür. SSRİ vaxtı kredit də yox idi, var idisədə onu hər kəsə vermirdilər. Pul da lazım olanda gedib birindən borc alırdı. Üstəlik hamı-hamıya etibar da edirdi”. 

Əkrəm Həsənov təklif edib ki, orta məktəblərdə şagirdlərə müəyyən maliyyə bilikləri verilsin:
 
"Onlara gələcəkdə pulu necə xərclənməyin yolları öyrədilməlidir. Təklif edərdim ki, orta məktəblərdə  şagirdlərə müəyyən maliyyə bilikləri verisin.  Gələcəkdə onlar qənaətçil olmağın yollarını  öyrənsinlər. Məsələ burasındadır ki, məktəblərdə  bunun tədris olunmasında maraq yoxdur. Çünki  bisnes əsasən məmurlardadır. Onlar da deyir "gəl məndən al bunu”. İnsanlar da onlara tabe olur, məhz bu üzdən maliyyədə qənaətçiliyin tədris olunmasında maraq yoxdur. Məmur istəyir ki, necə  olursa-olsun insanlar onların restoranına gəlsin, pul xərcləsin”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->