Azərbaycan klublarından Antalyada fərqli nəticələr

Azərbaycan klublarından Antalyada fərqli nəticələr

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klubları yoxlama oyunlar keçirir.

Qaynarinfo xəbər verir ki, ölkə çempionu "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb. Ağdam təmsilçisi Rumınyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" klubu ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb. "Qarabağ"ın qollarına Abdulla Zubir və Cavid Bayramov imza atıb.

Digər təmsilçimiz "Qəbələ” Rusiya I Divizion təmsilçisi "Çayka” ilə qarşılaşıb. Oyun "Qəbələ"nin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qolları İvitsa Juniç, Rövlan Muradov və Ülvi İsgəndərov rəqib qapısından keçirib.

"Səbail” ikinci yoxlama oyununda Donetsk "Olimpik”i ilə üz-üzə gəlib. Görüş Ukraynanın Premyer Liqa təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Səbail"in təsəlli qoluna 90-cı dəqiqədə Maykl Essyen imza atıb.

"Sumqayıt" isə Rumıniyanın "Politexnika” (İaşi) kollektivi ilə qarşılaşıb. Hesabı 12-ci dəqiqədə "Sumqayıt"dan Xəyal Nəcəfov açıb. İkinci yarının əvvəlində rumınlar bərabərliyi təmin edib və oyun 1:1 hesabı ilə yekunlaşıb.
XƏBƏRLƏR
BLOGLAR