Rumıniyanın "Dinamo" klubunun futbolçusu Steliano Filip Azərbaycandan təklif alıb.
Qaynarinfo Fanat.az-a istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi Buxarest təmsilçisindən ayrılmaq istəyir və bu istəyini "Dinamo"nun klubun sahibinə çatdırıb. Klub rəhbəri isə 400 min avro (təxminən 810 min manat) ödəməklə istənilən kluba gedə biləcəyini deyib.
Rumın həmkarlarımızın məlumatına görə, Steliano Filipə Azərbaycanla yanaşı, Türkiyə və İtaliyadan da təkliflər var. O, ayda 10 min avro maaş alır və "Dinamo"nun ən ödənişli futbolçusu hesab olunur.
Qeyd edək ki, Steliano Filip 2012-ci ildə Rumıniyanın "Avikola Buzias" klubundan "Dinamo"ya 100 min avroya (hazırkı məzənnə ilə 202 min 600 manat) transfer olunub. Hazırda "Transfermarkt" ona 1,4 milyon avro (təxminən 2 milyon 836 min manat) qiymət qoyub. Cari mövsümdə 21 rəsmi oyuna çıxan müdafiəçi 1 qol vurub. 2015-ci ildən Rumıniyanın əsas millisinə çağırılan futbolçu 7 matçda meydana çıxıb.
Şərhlər