Millimizin Kosovo ilə keçirəcəyi yoxlama oyunu ləğv olunub.
Qaynarinfo AFFA-ya istinadən xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmasının nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşdiyi üçün fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlanlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.
Bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub.
Şərhlər