Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının "AVRO-2021"in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində reallaşan püşkə əsasən, yığma Fransa, Slovakiya, İsveçrə, Gürcüstan və Lixtenşteyn kollektivləri ilə birgə 2c- qrupda mübarizə aparacaq.
Qeyd edək ki, 53 komandanın paylaşıldığı 9 qrupun qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.
AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.
Seçmə mərhələnin oyunları 18 mart 2019-cu ildə start götürəcək və 13 oktyabr 2020-ci ildə yekun vurulacaq. Pley-off oyunları 2020-ci il 9-17 noyabrda olacaq. Final mərhələsi isə 2021-ci ilin iyununda keçiriləcək.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər