İdman 16:47 22.08.2019

Azərbaycan millisinə 19 legioner çağırıldı (SİYAHI)

Bakıda futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov yığmaya 23 oyunçu cəlb edib, onlardan 19-u legionerdi. 

Qeyd edək ki, avqustun 23-dən 31-dək baş tutacaq. 

Millinin heyəti: Nigar Abdulova ("Keşlə"), Arzu Əliyeva ("Uğur"), Kamilla Məmmədova, Nigar Mirzəliyeva (hər ikisi "Qubek"), Aytac Şərifova ("Keflavik", İslandiya), Gülsüm Tunc, Kristina Bakarandze (hər ikisi "Hakkarigücü", Türkiyə), Vüsalə Hacıyeva, Jalə Məhsimova, Firəngiz Teymurova (hamısı "İjevsk", Rusiya), Manə Mollayeva, Nərgiz Hacıyeva, Vüsala Seyfəddinova (hamısı "Ryazan VDV", Rusiya), Yeliz Açar, Nazlıcan Parlak (hər ikisi "Fatih Vatan", Türkiyə), Roza Quliyeva, Aysun Əliyeva, Rövşanə Sərdarlı (hamısı "Okjetpes", Qazaxstan), Sevinc Cəfərzadə ("Kubanoçka", Rusiya), Alina Dorofeyeva, Diana Məmmədova (hər ikisi "Yenisey", Rusiya), Salome Gasviani ("Lançxuti", Gürcüstan), Bozkaya Neslihan ("Kemer", Türkiyə).