Xəbər lenti

Azərbaycan millisinin futbolçusu İspaniyada klubunu dəyişdi
İdman 09:58 12.08.2019

Azərbaycan millisinin futbolçusu İspaniyada klubunu dəyişdi

Azərbaycan milli komandasının futbolçusu Eddi İsrafilov İspaniyanın "Alkorkon” klubunu tərk edib.

Qaynarinfo "Marca”ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İspaniyanın digər I divizon təmsilçisi "Albasete”yə keçib. Yeni klubunun İsrafilovu bu gün ictimaiyyətə təqdim ediləcəyi bildirilir.

Qeyd edək ki, İsrafilov indiyədək İspaniyanın "Ximnastik”, "Kadis”, "Mursiya”, "Qranada”, "Eybar” və "Kordoba” klublarında çıxış edib. İsrafilovun atası anqolalı, anası azərbaycanlıdı.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->