İdman 16:59 09.01.2022

Azərbaycan millisinin futbolçusu "Qalatasaray" və "Fənərbağça"nın hədəfində

Millimizin və "Neftçi"nin müdafiəçisi Mərt Çelik karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Qaynarinfo "Star" qəzetinə istinadən xəbər verir ki, Super Liqa təmsilçiləri "Qaziantep" və "Fatih Karagümrük" 21 yaşlı futbolçu üçün təklif göndərib. İddia olunur ki, "Qalatasaray" və "Fənərbağça" da Mərtlə yaxından maraqlanır.

Qeyd edək ki, Mərt Çelik müqavilə ilə Türkiyənin "Başakşəhər" klubuna məxsusdur və 2020-ci ildən icarə əsasında "Neftçi"də çıxış edir. Onun müqaviləsi bu ilin yayında başa çatacaq.

"Transfermarkt"ın 350 min avro qiymət qoyduğu 21 yaşlı stoper əvvəllər Türkiyənin U-19 və U-20 millilərində çıxış edib. 2020-ci ildən isə Azərbaycanın əsas yığma komandasına çağırılır. O, bu müddətdə A millidə 3 oyun keçirərək 1 qol vurub.