İdman 13:53 10.08.2019

Azərbaycan millisinin hücumçusu Rumıniya klubunda

Voleybol üzrə qadınlardan Azərbaycan millisinin üzvü Anastasiya Bessonova karyerasını Rumıniyada davam etdirəcək. 

Qaynarinfo xəbər verir ki, 20 yaşlı hücumçu ölkə çempionu "Alba" ya keçib. İdmançımız Blaj təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. O, yeni komandasına Avropa çempionatı bitdikdən sonra - sentyabrda qoşulacaq.