İdman 19:34 22.09.2021

Azərbaycan millisinin oyunları kütləvi yoluxmaya görə ləğv olundu

17 yaşadək futbolçulardan Azərbaycan millisinin Belarusun müvafiq yığması ilə keçirməli olduğu yoldaşlıq oyunları ləğv edilib.

Qaynarinfo milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna Bakıya səfər ərəfəsində rəqib komandanın heyətində bir neçə futbolçunun COVID-19 testinin pozitiv çıxması səbəb olub.

Qeyd edək ki, matçlar 24 və 27 sentyabrda gerçəkləşməli idi.