Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Yekaterina Jidkova Rumıniya çempionu olub.
Voleybolçumuzun çıxış etdiyi "Alba” komandası təxirə salınmış oyunda Buxarestin "Dinamo” klubunu 3:0 hesabı ilə məğlub edərək ən yaxın izləyicisini 6 xal qabaqlayaraq çempionluq sevinci yaşayıb.
Qeyd edək ki, Blaj təmsilçisi dördüncü dəfə Rumıniya çempionu olub.
Şərhlər