Ekonomiks 11:05 02.07.2022

Azərbaycan nefti bahalaşdı

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb.

Qaynarinfo xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,9 ABŞ dolları və ya 1,5% artaraq 125,3 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.