Ekonomiks 11:07 23.06.2021

Azərbaycan neftinin qiyməti son 2 ildə maksimum həddə çatdı

Azərbaycan neftinin qiyməti bahalaşır.

Qaynarinfo xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0.43 dollar artaraq 75.72 dollar təşkil edib.

Qeyd edək ki, bu, "Azeri Light” neftinin son 2 ildəki maksimum qiymətidir.

Xatırladaq ki, "Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15.81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149.66 dollar olub.