Siyasət 14:47 31.07.2021

Azərbaycan Ordusu Arazdəyən istiqamətinə atəş açıb? - MN-dən açıqlama

"Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur".

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb", - deyə nazirlikdən qeyd edilib.