Xəbər lenti

Azərbaycan Ordusunun təlimlərində bir ilk - Polkovnik açıqladı
Siyasət 13:23 18.05.2021

Azərbaycan Ordusunun təlimlərində bir ilk - Polkovnik açıqladı

"Bu, Azərbaycan Silahlı Qüvvələri üçün genişmiqyaslı bir təlimdir".

Bunu milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, istənilən an işğaldan azad edilmiş ərazilərimizə düşmənin sızmaları və terrorçu əməlləri ola bilər:

"Bu təlimlərdə qoşunların uzlaşması ilə yanaşı, işğaldan azad olunmuş torpaqlarımızda terrorizm təhlükəsizliyinin mövcudluğu əsasında təlimlər də təşkil olunur. Belə ki, bu təlimlərdə xüsusi olaraq XTQ və digər qoşun növləri arasındakı uzlaşma, antiterror əməliyyatlarının aparılması, pilotsuz uçuş aparatlarından (PUA) istifadə və digər müasir texnoloji vasitələrin tətbiqi yönündə icraatlar həyata keçirilir. 

Azərbaycan Silahlı Qüvvələri bundan əvvəlki dönəmlərdə klassik döyüş əsasları çərçivəsində təlimləri həyata keçirirdisə, artıq torpaqlarımız işğaldan azad olunub, sərhədlərimiz delimitasiya edilir. Bütün bunlara baxmayaraq yenə də işğaldan azad edilmiş ərazilərimizə düşmənin bir şəkildə sızmaları və terrorist əməlləri ola bilər. Buna görə də Silahlı Qüvvələrimiz daim bu istiqamətlərdə hazırlıqlı olmalıdır. Bunun üçün də bu təlimlərdə məhz bu dediyim istiqamət öz əksini tapır".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->