Xəbər lenti

Azərbaycan Premyer Liqası: 2018-2019 mövsümünə yekun vurulur
phrase_var_qaynar. 10:45 11.05.2019

Azərbaycan Premyer Liqası: 2018-2019 mövsümünə yekun vurulur

Bu gün Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulacaq. 

Qaynarinfo xəbər verir ki, son turun 4 oyunu eyni gündə keçiriləcək.
 
XXVIII turun oyunları formal xarakter daşıyır. Belə ki, "Qarabağ”ın qızıl, "Neftçi”nin gümüş, "Səbail”in bürünc medal qazandığı mövsümdə, "Keşlə”nin də sonuncu pilləni tutaraq I diviziona düşməsi öncəki turda bəlli olub.

XXVIII turun və mövsümün son oyunu çempion "Qarabağ"la gümüş medalın sahibi "Neftçi" ilə arasında olacaq. Bu matç bombardirlik yarışanda mübarizə aparan Baqali Dabo və Mahir Mədətov üçün önəmlidir. Görüşdə kimin mükafata sahib olacağı müəyyənləşəcək.
 
Qarşılaşmadan sonra isə 2018-2019 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

Azərbaycan Premyer Liqası, XXVIII tur 

11 may (şənbə)

15:00. "Səbail” – "Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
"ASCO Arena” ("CBC Sport”/canlı)

16:00. "Sabah” – "Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
"Əlincə Arena”

16:00. "Sumqayıt” – "Qəbələ” 

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Kapital Bank Arena”

18:00. "Neftçi” – "Qarabağ”

Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
"Bakcell Arena”, ("CBC Sport”/canlı)
 

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->