Xəbər lenti

Azərbaycan qadınları kişilərdən çox yaşayır - Orta ömür uzunluğu
Ölkə 10:33 03.12.2019

Azərbaycan qadınları kişilərdən çox yaşayır - Orta ömür uzunluğu

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda orta ömür uzunluğu ilə bağlı son 5 ilin statistikasını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Komitənin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məlumatlar dövriliklə əldə edilir:

"2014-cü ildə bu göstərici 74,2 yaş, 2015-ci və 2016-cı illərdə 75,2 yaş, 2017-ci ildə 75,4 yaş, 2018-ci ildə 75,8 yaş təşkil edib”.

Onun sözlərinə görə, 2019-cu ilə dair statistik məlumatlar ilin yekununda əldə ediləcək.

DSK rəsmisi həmçinin qeyd edib ki, kişilər üzrə orta yaş 73.3, qadınlar üzrə 78.2 yaşdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->