Xəbər lenti

Rusiya ABŞ-ın yaranmasına da kömək edibmiş...- Bunu Putin Trampa deyib
Dünya 11:18 04.07.2025

Rusiya ABŞ-ın yaranmasına da kömək edibmiş...- Bunu Putin Trampa deyib

Rusiya prezidenti Vladimir Putin cümə axşamı ABŞ prezidenti Donald Trampla telefon danışığı zamanı bildirib ki, Rusiya Birləşmiş Ştatların formalaşmasında rol oynayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” nəşri Rusiya dövlət KİV-lərinə istinadən yazıb.

Xüsusilə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib: "Bizim tərəfimizdən vurğulandı ki, Rusiya Amerika dövlətçiliyinin formalaşmasında – o cümlədən 250 il əvvəlki Müstəqillik müharibəsi zamanı və daha sonra, 160 il əvvəl başa çatmış Vətəndaş müharibəsi dövründə – mühüm rol oynayıb”.

Uşakovun sözlərinə görə, Putin həmçinin Trampa bildirib ki, iki ölkə "təkcə Birinci və İkinci Dünya müharibələrində müttəfiq olmaqla deyil, həm də daha dərin tarixi köklərlə bir-birinə bağlıdır”.

"The Telegraph” qeyd edir ki, Trampın bu bəyanata necə reaksiya verdiyi hələlik məlum deyil.

Putinlə Tramp arasında telefon danışığı təxminən bir saat çəkib və əsas diqqət Ukraynadakı müharibəyə, həmçinin Yaxın Şərqdəki vəziyyətə yönəlib.

Məlumatlara görə, danışıq zamanı Putin Ukraynada məqsədlərindən "geri çəkilməyəcəyini” deyib, lakin bununla yanaşı ABŞ prezidentinə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu da bildirib.

Daha sonra Tramp sözügedən danışığı şərh edərək bildirib ki, "heç bir irəliləyişə nail olunmayıb”.

Ukrayna prezidenti Volodimir Zelenski isə açıqlamasında cümə günü Trampla danışmağı ümid etdiyini söyləyib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->