Azərbaycan çap mətbuatının böyük uğuru gerçəkləşib. Belə ki, ingilisdilli "Azernews” qəzeti artıq ABŞ-da da nəşr olunmağa başlayıb. Daha sevindirici hal isə odur ki, qəzetin çap formatı tək ABŞ-da yox, artıq bir həftədir ki, Kanada, Çin, Böyük Britaniya, Çexiya, Rusiya, Qazaxıstan və digər nəhəng dövlətlərdə öz oxucularına təqdim olunur. Bu, qəzetin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daha bir töhfəsidir.
Qeyd edək ki, bir müddət öncə "Azernews” qəzeti və nüfuzlu Amerika yayımçısı qəzetin çap versiyasının ABŞ-da nəşri üçün müqavilə imzalamışdı.
Şərhlər