Xəbər verdiyimiz kimi, bu gün BMT Baş Məclisi ABŞ-ın Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qərarını rədd edən qətnamə qəbul edib.
ABŞ-ın təhdidlərinə baxmayaraq, 128 ölkə qətnamənin lehinə, 9 ölkə əleyhinə səs verib, 35 ölkə bitərəf qalıb.
ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo qətnamənin əleyhinə çıxıblar.
AzVision.az-ın məlumatına görə, Azərbaycan qətnamənin lehinə səs verən ölkələr sırasındadır.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün İranın və Türkiyənin XİN rəhbərləri ilə Bakıda keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında ölkəmizin qətnamənin lehinə səs verəcəyini bəyan etmişdi.
Şərhlər