Futbol üzrə Azərbaycan millisi oktyabrın 15-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində qarşılaşacağı Rusiya yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etməyəcək.
Bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, komandamız sentyabrın 11-i və 15-də iki rəsmi ev oyunu keçirəcəyindən, həmin görüşlərin ayrı-ayrı arenalarda keçirilməsi məqsədəuyğun hesab olunmayıb. Nəticədə, həm Rusiya, həm də bundan dörd gün öncə keçiriləcək Şimali İrlandiya ilə oyunun “Bakcell Arena”da keçirilməsinə qərar verilib.
Qeyd edək ki, bu arena 11 min azarkeş tutumuna malikdir.
Qaynar.info
Şərhlər