Dünya 14:50 01.05.2013

Azərbaycan sərhədində güclü partlayış, ölənlər var

Bu gün Mahaçqalanaın mərkəzində baş vermiş partlayış nəticəsində iki yeniyetmə ölüb, ikisi isə xəsarət alıb. 

Hadisə onlar qutunu açmaq istəyərkən baş verib. Ehtimala görə, bomba məhz həmin qutuda gizlədilibmiş. 

Trend-in məlumatına görə, bu barədə Dağıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

O qeyd edib ki, partlayış nəticəsində 15-16 yaşlı yeniyetmələr ölüb, onların yaşıdları olan iki nəfər isə yaralanıb və hazırda xəstəxanadadırlar.

"Çox güman ki, partlayıcı maddə yolun kənarındakı bağlamada və ya qutuda olub. Yaxınqlıqda dayanan yeniyetmələr onu qaldırıblar, bundan sonra isə partlayış baş verib" , - o bildirib.

Qaynar.info