Sağlamlıq 10:44 28.03.2020

Azərbaycan startapı süni tənəffüs aparatı hazırladı

Azərbaycanın "Sumaks" startap şirkəti süni tənəffüs aparatının sınaq versiyasını hazırlayıb.

Bunu "APA-Economics"ə şirkətin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın günlərdə cihazın xəstəxana şəraitində klinik sınaqları aparılacaq. 

"Hazırda dünyada bu cihazlara olan tələbatı nəzərə alaraq, bir çox ölkələrdə onların istehsalına dair layihələr icra olunur. Biz də öz növbəmizdə belə bir layihəyə start verdik.  Ümüd edirik ki, bu cihazlara ehtiyac olmaz. Lakin dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, əlbəttə ki, bu aparatların insan həyatı üçün əhəmiyyəti danılmazdır",- deyə C. Məmmədov qeyd edib.