“Azərbaycan” sözünə görə 10 övlad dünyaya gətirdilər (VİDEO)
Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib.
Qaynarinfo "Xəzər” TV-yə istinadən xəbər verir ki, 14 il evli olan bu ailənin indiyədək dörd qız və beş oğlan övladı olub.
Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər.
Uşaqların sayının 10-a çatdırılması isə doğma vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.
Həkimlər körpənin çəkisinin və səhhətinin normal olduğunu deyirlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər