Sənət 14:30 10.03.2015

Azərbaycan teatrının bugünkü vəziyyəti - Açıqlama

Bu gün Azərbaycanda Teatrın yaranmasının 142-ci ilidir. Bu illər ərzində teatrda hansı irəliləyişlər olub? Teatra gələn tamaşaçıların azalmasına səbəb nədir? Teatrlardakı əvvəlki aktyorları yeni gənc aktyorlar əvəz edə bilirlərmi? 

Bu sualları cavanlandırmaq üçün aktyor, ssenari müəllifi, Azərbaycan Respublikasının əməkdar artisti Vidadi Həsənov müraciət etdik. 

ANN.Az-a açıqlamasında teatrın bu illlər ərzində keçdiyi inkişaf yolundan söz açan Vidadi Həsənov bildirdi ki, hazırda teatrımın ən yaxşı dövrlərindən birini yaşayır: "Teatr bu 142 ildə çox böyük yol keçib. Bu illər də təbii ki, inkişaf edib. Çünki illər keçdikcə inkişafsız qalmaq mümkün deyil. Buna misal kimi: İnsan doğulur 70 yaşına çatır və bu illər ərzində o inkişaf edir. Yəni insan inkişafsız qala bilmədiyi kimi teatr da qala bilməz. Deyərdim ki, hal-hazırda çağdaş teatrımız inkişafının ən uğurlu mərhələsəni yaşayır. Teatrda hadisələr cəmiyyətdə necədirsə, o cür əks olunur. Teatrda inkişaf məhz cəmiyyətdə olan inkişaf kimidir. Düzdür arada durğunluq dövrü də keçirir, amma inkişafsız qalmır. Azərbaycanın teartının da 142 ildə əldə etdiyi inkişaf və göstəricilər buna bariz nümunədir.

Ən çox soruşulan suallardan biri budur ki, teatrda aktyorlar əvvəlki aktyorları əvəz edə bilirmi? Bu sualı belə cavablandırmaq olar ki, təbii ki onlar həmin aktyorları əvəz edə bilməzlər. Gənc aktyorlar onların oxşarı ola bilməyəcəklər. Çünki dünya dəyişdikcə teatr da dəyişir”.

Teatr tamaşaçılarının azalmasına münasibət bildirən aktyor bildirdi ki, bunun həm obyektiv səbəbi var, həm də subyektiv: "Bunu qısa şəkildə cavablandırmaq düzgün deyil. Teatrı sevən insanlar həmişə teatra gəlirlər. Teatra 2 ildən bir gələn insanlar olur, onlar heç gəlməsələr yaxşıdı. Teatr  teatr adamını sevir, yəni onları daim izləyən adamları bəyənir. Marksın belə bir deyimi var: Başa düşmək üçün insanın ədəbiyyat savadı olmalıdır. Teatra da məhz teatrı anlayan adamlar gəlir. Teatrı bilməyən adamlar gəlsələr, belə heçnə anlamayacaqlar. Düşünürəm ki, nə teatra gələnlərin sayı azalıb, nə də teatr tamaşalarının". 

Qaynar.info