Video 10:27 24.03.2019

Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş VİDEOÇARX

 
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr olunmuş videoçarx hazırlanıb.

Qaynarinfo xəbər verir ki, 1919-cu il mart ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahı tərkibində ilk dəfə xüsusi xidmət orqanı olan Kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılıb.

Heydər Əliyev 23 mart 1997-ci ildə  "Azərbaycan Respublikasının milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü elan edilib.

Hər bir dövlətin və vətəndaşın təhlükəsizliyi ölkənin təhlükəsizlik orqanlarının peşəkar olmasından asılıdır. Bu gün Azərbaycanda vətəndaşlar təhlükəsiz şəraitdə yaşayırsa, bunu təhlükəsizlik orqanlarına borcluyuq.

Təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyinə həsr edilən layihənin rejissoru Rövşən Cahangirov, prodüseri Gövhər Həsənzadədir. 

Videoda səsləndirilən mahnının müəllifləri Alxanlı və İsmayıl Dadaşovdur.