Xəbər lenti

Azərbaycan Tokio-2020-yə ilk lisenziyanı qazanıb
İdman 10:55 22.05.2019

Azərbaycan Tokio-2020-yə ilk lisenziyanı qazanıb

Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına ilk lisenziyanı qazanıb. 

Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, bu uğura atlet Anna Skidan imza atıb. 

Çəkicatma növündə çıxış edən idmançımız Çinin Nanjinq şəhərində keçirilən "World Challange”də 72,92 m nəticə göstərərək, 5-ci olub. Bu, onun Tokio-2020-yə vəsiqəsini rəsmiləşdirib. Halbuki Olimpiadaya lisenziya əldə etmək üçün 72,50 m nəticə də kifayət idi. 

Qeyd edək ki, Tokio-2020 iyunun 24-dən avqustun 9-dək keçiriləcək. A. Skidan isə Rio-2016-dan sonra ikinci dəfə Oyunlarda mübarizə aparacaq. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->