Siyasət 15:11 22.05.2022

Şuşada Azərbaycan Türkiyə və Gürcüstan parlamentarilərinin iclası başa çatdı (YENİLƏNİB)

Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin Şuşa şəhərində keçirilən VII üçtərəfli iclası başa çatıb.

"Report"un xəbərinə görə, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra parlamentarilər Şuşa şəhərindəki bir sıra tarixi-mədəni abidələri yerləri ziyarət edəcəklər, Cıdır düzündə olacaqlar.

12:25
 
Şuşa şəhərində Azərbaycan,Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilir.

"Report"un xəbərinə görə, toplantıda hər üç ölkənin parlamentləri arasında münasibətlərin daha da dərinləşdirilməsi və digər məsələlər müzakirə olunur.

Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə ölkə parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üzvləri işğaldan azad edilmiş ərazilərə səfər ediblər.
 
Qaynarinfo-nun xəbərinə görə, onlara əvvəlcə Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə bağlı məlumat verilib.

Sonra parlamentarilər üçtərəfli birgə iclasda iştirak etmək üçün Şuşa şəhərinə yola düşüblər.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə parlamentin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq edirlər.