Xəbər lenti

Xalq artisti: "Özümə qulaq asmaq mənə zülm verir"
Maqazin19:00 14.03.2026

Xalq artisti: "Özümə qulaq asmaq mənə zülm verir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Ağadadaş Ağayev mahnılarının başqaları tərəfindən oxunmasından danışıb. 
Müğənni bu haqda "Günə uğurla" verilişində danışıb. Sənətçi bildirib ki, öz ifalarını heç vaxt bəyənmir:
"Mənim mahnılarımı çox oxuyan var. Hər birinin öz çalarları olur. Mənim nəfəslərimlə oxumayacaqlar ki... Hərəsinin öz üslubu, rəngi var. Bir mahnını yazdırıram, qulaq asanda o qədər fikirləşirəm ki: gərək bunu başqa cür edərdim, burasın belə oxumazdım. Özüm-özümə qulaq asmaq mənə zülm verir. Xasiyyətim belədir. Başqaları oturur güzügünün qabağında oxuyur, özünə tərif yağdırır". //Axşam.az