Xəbər lenti

Xətai rayonunda MKİS işçiləri toplanan tullantıları stadionda yandırır? (VİDEO)
Video 11:50 15.03.2026

Xətai rayonunda MKİS işçiləri toplanan tullantıları stadionda yandırır? (VİDEO)

Ərazidən çıxarılan tullantıların stadionun ərazisində toplandığı və daha sonra yaxınlıqdakı binaların qarşısında yandırıldığı iddia olunur.

Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 42-46 ünvanında yaşayan sakinlər yandırılan tullantıların tüstüsünün mənzillərinə dolduğunu bildirirlər.

Sakinlərin sözlərinə görə, bu hal artıq xeyli müddətdir davam edir və tez-tez təkrarlanır.

Şikayətçilər iddia edirlər ki, zibillər həmin ərazi üzrə Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən ora daşınır və yandırılır.

Qarşı tərəf isə bu iddiaları təkzib edir. 99 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı Azər Nəhmədovun sözlərinə görə, ərazidə bayramla əlaqədar tonqal qalanıb. O bildirib ki, məhəlləyə tullantı maşını daxil ola bilmədiyi üçün zibillər müvəqqəti olaraq həmin ərazidə toplanır və daha sonra daşınır. Stadion ərazisində tullantıların yandırılması və bunun tez-tez baş verməsi ilə bağlı iddiaların isə əsassız olduğu qeyd olunub.
 
--> -->