Xəbər lenti

Azərbaycan-Türkiyə Hərbi Dialoq iclası başa çatdı (FOTO)
Siyasət10:52 07.11.2019

Azərbaycan-Türkiyə Hərbi Dialoq iclası başa çatdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası öz işini başa vurub.
Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, toplantıda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və 2020-ci il üçün fəaliyyət planı razılaşdırılıb.
Görüşün sonunda iclasının yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb.
Bu formatda növbəti görüşün gələn il Türkiyədə keçirilməsi planlaşdırılır.