Ekonomiks 10:10 10.02.2019

Azərbaycan Ukraynaya avtomobil ixracına başlayır

Azərbaycan istehsalı olan "Khazar” avtomobilləri Ukraynaya ixrac ediləcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib. Sədr bildirib ki, ilkin olaraq 300 avtomobilin ixracı nəzərdə tutulub. 

Emin Axundovun sözlərinə görə, indiyədək 1250 avtomobil satılıb. Bunun 400-ə yaxınını dövlət orqanları, qalanını isə vətəndaşlar alıb.