Xəbər lenti

“Azərbaycan vasitəçilik edə bilər” - Bugünkü Ərdoğan-Putin görüşü bizə nə vəd edir?
Siyasət 13:03 05.03.2020

“Azərbaycan vasitəçilik edə bilər” - Bugünkü Ərdoğan-Putin görüşü bizə nə vəd edir?

Suriyanın şimalına nəzarət Rusiyaya keçəndə bəlli idi ki, Kreml ilə Ankaranın maraqları toqquşacaq.

"Ankaranın başlıca hədəfi İdlibə və qonşu ərazilərə nəzarəti qoruyub saxlamaqdır. Bu missiya tam uğursuzluğa düçar olsa Türkiyənin vəziyyəti ağırlaşa bilər və odur ki, Ankara qətiyyət nümayiş etdirir. Rusiyanın da İdlibə girəcəyi qaçılmaz idi”.

Bunu bu gün keçiriləcək Putinlə Ərdoğan görüşünü "Mediapost”a şərh edən politoloq Azər Rəşidoğlu deyib. O, Türkiyənin müəyyən mənada istəyinə çatdığını deyib:

"Görüşdə ciddi anlaşmanın əldə olunacağına inanmıram. Növbəti əməliyyatlar başladığı təqdirdə bu dəfə birbaşa hədəfin paytaxt Dəməşqin olacağını ruslar yaxşı dərk edir. Bu situasiyada Moskvaya atəşkəs elan etmək lazımdır. Lakin atəşkəs Türkiyə üçün diplomatik uğur sayılmayacaq və düşünürəm ki, atəşkəsin ömrü qısa olacaq”.

Politoloq qeyd edib ki, hazırda Suriyada vətəndaş müharibəsinin uzun davam etməsi rəsmi Vaşinqtonun planlarını pozur: "Türkiyə istəyinə müəyyən mənada çatdı - Qamışlı istisna olmaqla bütün sərhəd boyunca 30 km dərinlikdən YPG-nin çıxarılmasını təmin edə bildi. Eyni zamanda, ABŞ-dan sonra Rusiya ilə də müqaviləyə legitimlik qazandırdı. Həmçinin bundan sonra Suriya ilə bağlı ABŞ-la danışıqlar aparmaq məsuliyyətindən özünü azad etdi. Rusiya bu müqavilə ilə ABŞ-ı oyundan kənar qoydu. İran onsuzda oyundan kənar vəziyyətdə idi. Əsədin Ərdoğanla razılığa gəlmək və Rusiyanın dediyini etməkdən başqa seçimi qalmamışdı. Lakin İdlibdəki son əməliyyat Ankara və Dəməşk razılaşması perspektivini heçə endirir”.



Suriyanın şimalına nəzarət Rusiyaya keçəndə bəlli idi ki, Kreml ilə Ankaranın maraqları toqquşacaq.

A.Rəşidoğlunün sözlərinə görə, Rusiya və Türkiyə arasında bir qədər öncə imzalanmış müqavilənin Türkiyə üçün ən təhlükəli maddəsi ondan ibarət idi ki, Türkiyə və ABŞ terrorla mübarizə əməliyyatlarını yalnız terrorçu ünsürlərlə, bu ünsürlərə məxsus sığınacaq, blokpost, silah, texniki vasitələrinin hədəf alınması ilə bağlı birgə qərar verilməsini razılaşdırır: "Məsələ ondadır ki, Türkiyə YPG-ni terrorçu təşkilat kimi tanıyır, ABŞ yox. Amma Türkiyə "yalnız terrorçu ünsürlərə" zərbə endirə bilər, üstəlik bunu mütləq ABŞ-la razılaşdırmalıdır. Bu maddə Türkiyənin əl-qolunu bağlayır və gələcəkdə onun əleyhinə istifadə oluna bilər. ABŞ buna nail oldu. Lakin Kobani üçün Türkiyədən alınan təminat, Mənbicə və Kobaniyə yerləşməsinə icazə verilən Əsəd və rus qoşunları Türkiyənin Fəratın şərqi və qərbi arasında kommunikasiya əlaqələrinin qarşısını aldı. Həmçinin şərqdə Qamışlı şəhəri mühüm önəm kəsb edirdi.

ABŞ-ın növbəti planı Əsəd və Ərdoğan arasında hərbi münaqişəyə nail olmaq idi və buna nail oldu. Lakin problem bununla bitməyəcək. "Barış Pınarı" zonasında strateji yol və qəsəbələr bir neçə qüvvənin əlində olacaq. Bundan sonra Əsəd, İran, hətta ola bilsin Rusiya Türkiyəni o zonadan sıxışdırıb çıxarmaq üçün təzyiqlər edəcək, danışıqlar aparacaqlar.

Türkiyənin ora yerləşdirdiyi qüvvələr arasında ciddi kommunikasiya problemi də mövcud ola bilər.

Bütün hallarda Qərb və İsrailin istəyi münaqişənin davam etməsi idi və İdlibdəki son əməliyyatla buna nail olundu.

Bir sözlə, bölgədə proseslər hələ bitməyib və uzun müddət davam edə bilər”.

Belə vəziyyətdə diplomatik olaraq xarici siyasəti necə qiymətləndirməli olduğum haqqında münasibət bildirən politoloq Azərbaycanın ən yaxşı halda vasitəçilik edə biləcəyini deyib:

"Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Lakin Rusiya da qonşu ölkədir. Azərbaycana təsir imkanları olduqca böyükdür. Belə bir məqamda Bakı Moskvanı narazı sala bilməz. Ən yaxşı halda Azərbaycan vasitəçilik missiyası ilə çıxış edə bilər. Lakin Suriyada böyük güclərin maraqları toqquşub. Bu baxımdan, Azərbaycanın həll edə biləcəyi problem deyil”

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->