Xəbər lenti

Azərbaycan və Ermənistan arasında imzalanacaq 2 yeni sənəd - Politoloqun şərhi
Siyasət 14:24 23.10.2021

Azərbaycan və Ermənistan arasında imzalanacaq 2 yeni sənəd - Politoloqun şərhi

"Görüş və razılaşmalar mümkündür. Yəni hazırlıqlar gedir, bütün hadisələr bunu deməyə əsas verir".

Bunu Qaynarinfo-ya açıqlamasında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında imzalanacaq 2 yeni sənəddən danışarkən deyib. Politoloqun fikirincə, son proseslər həmin sənədlərin imzalanacağına doğru addımların atılmasını göstərir:



"Yəni həm də Putinlə Paşinyan arasında keçirilən görüş var. Bu görüş çox uzun sürüb, təxminən hardasa 5-6 saat davam edib. Daha sonra Paşinyanın MDB sammitində çıxışı var. Paşniyan çıxışında kommunikasiyaların açılmasına tam təfsilatı ilə toxunub. Yəni Azərbaycan məsələ qoymuşdu ki, dəmir yolu ilə yanaşı avtomobil yolu olacaq. Azərbaycanın əsas hissəsindən Naxçıvana yolun çəkiləcəyi Paşinyan tərəfindən qeyd edilib, dərhal sonra hökumətlərarası komissiyanın iclası və bu iclasdan sonra yaxın günlərdə keçiriləcək iclasın anonsu... Bu onu deməyə səsas verir ki, hökumətlərarası komissiya artıq prinsipial məsələlərdən özəl məsələlərin həllinə keçib". 

Qeyd edək ki, noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan arasında 2 yeni sənəd imzalanacağı ilə bağlı məlumat yayılıb.  Sənədləri Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayacaqlar. 
Həmin sənədlər bunlardır:

Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənəd Vladimir Putinin də vurğuladığı kimi, Bakı və İrəvan arasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıdıqlarını göstərən SSRİ-nin Müdafiə Nazirliyinin Baş qərargahının 1920-ci il xəritələrinə əsaslanır.

İkinci sənəd regionda kommunikasiya əlaqələrinin açılması barədə, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək. Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->