XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər
Siyasət16:26 08.10.2026

Azərbaycan və Ermənistan nümayəndələri Gorusda görüşdülər

Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.

Azərbaycanın Nazirlər Kabinetindən Qaynarinfo-ya verilən məlumata görə, görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, habelə bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət ayrılıb.