Elmar Məmmədyarov: "Təzə fikirlər yoxdur"
"Azərbaycanvə Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü yanvarın sonhəftəsində olacaq". Bu sözləri Azərbaycanın xarici işlər naziri ElmarMəmmədyarov jurnalistlərə keçirdiyi mətbuat konfransında deyib.
Onunsözlərinə görə, son 6-7 ildə ilk dəfə idi ki, Dublində 3+2 formatındabirgə bəyanatı qəbul olunmadı: “Fevralda Ermənistanda prezidentseçkiləri keçiriləcək. Yəqin ki, Ermənistan bu səbəbdənqeyri-konstruktiv mövqe tutdu. Həmsədrlər həm Dublindəki görüşdə, həmdə regiona səfərləri zamanı bəzi fikirlər səsləndirmişdilər. Təzəfikirlər yoxdur, amma onların içərisində bəzi maraqlı təkliflər var. BizParisdə həmsədrlərlə həmin təklifləri müzakirə edəcəyik”.
Şərhlər