Xəbər lenti

Dünyada hasil edilən neftin nə qədəri sanksiyalar altındadır?
Dünya 17:03 28.09.2024

Dünyada hasil edilən neftin nə qədəri sanksiyalar altındadır?

"Hazırda dünyada sanksiyalara məruz qalan neft hasilatının həcmi qlobal hasilatın təxminən 26%-ni təşkil edir".

Qaynarinfo xəbər verir ki, bunu Venesuelanın icraçı vitse-prezidenti və neft sənayesi naziri Delsi Rodriges deyib.

"Qlobal neft hasilatının 26%-i birtərəfli qaydada və qlobal qanunlara zidd olaraq tətbiq edilən sanksiyalar altındadır" deyən nazirin sözlərinə görə, bu, qlobal neft bazarına mənfi təsir göstərir və qlobal iqtisadiyyata təzyiq göstərir.

Eyni zamanda, Rodrigesin sözlərinə görə, Venesuela da Rusiya kimi dollardan istifadə etməmək üçün nefti milli valyutaya satmaqda maraqlıdır. O, həmçinin qeyd edib ki, karbohidrogen ehtiyatları ilə Venesuela dünya enerji bazarından qovula bilməz.

Bundan əlavə, nazir bildirib ki, Venesuela BRİCS çərçivəsində enerji sahəsində daha sıx işləməkdə maraqlıdır və birgə enerji strategiyasının hazırlanması təkliflərini dəstəkləyir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->