Xəbər lenti

"Barselona" 86 milyona aldığı futbolçunu göndərmək üçün 18 milyon təklif edir
Dünya08:58 28.09.2024

"Barselona" 86 milyona aldığı futbolçunu göndərmək üçün 18 milyon təklif edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyanın "Barselona" klubu 2025-ci ilin yayında klubdan ayrılmağa razılıq verərsə, komandanın hollandiyalı yarımmüdafiəçisi Frenk de Yonqa 18 milyon avroluq müqavilə maaşını ödəməyə hazırdır. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Football Transfers" yazıb.
27 yaşlı de Yonqun maaş borcları həll olunarsa, klubu tərk etməyə hazır olduğu bildirilir. Qeyd olunur ki, koronavirus pandemiyası zamanı de Yonq klubun maliyyə problemlərini həll etmək təklif olunan məbləğdən imtina edib.
De Yonq 2019-cu ildən "Barselona"da çıxış edir. "Barselona" onu "Ayaks"dan 86 milyon avroya transfer edib. Futbolçunun hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Futbolçunun klubu tərk edəcəyi ilə bağlı məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.
Aydın